Onlayn ictimai-siyasi qəzet
“Xural TV”nin rəhbəri, jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı yeni görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, bu gün çəkildiyi bildirilən görüntüləri jurnalistin həyat yoldaşı Məlahət Qisuri sosial şəbəkə hesabında paylaşıb.
Kadrlarda naşir Şahbaz Xuduoğlu həyat yoldaşı ilə birlikdə Əvəz Zeynallını ziyarət edərkən görünür. Görüş zamanı qonaqlar onun səhhəti ilə maraqlanıb, müalicənin davam etdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
Əvəz Zeynallının peşəkar həkim komandasının nəzarəti altında müayinədən keçməsinin və xəstəxana şəraitində müalicə almasının daha faydalı ola biləcəyi bildirilib. Jurnalist göstərilən diqqətə və təkliflərə görə təşəkkür edib.
Qeyd edək ki, son günlər Əvəz Zeynallının səhhətinin ağırlaşdığı bildirilir. Bununla əlaqədar bir qrup ictimaiyyət nümayəndəsi Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək jurnalistin müalicəsinin dövlət hesabına təşkil olunmasını xahiş edib. Bu məqsədlə ictimai petisiya da başladılıb.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ