İnsanlara hürriyət, millətlərə istiqlal!

Filippində dəhşətli zəlzələ - 7,8 bal, sunami təhlükəsi


Filippinlərdə 7,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sahil boyunca 1 metr hündürlüyə qədər dalğalar qeydə alınıb, ölənlər və yaralananlar var.

Zəlzələlər 8 iyun səhəri ölkənin cənubundakı Mindanao adası sahillərində baş verib. Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun (PHIVOLCS) və ABŞ Geoloji Tədqiqatının (USGS) məlumatına görə, episentr Sarangani əyalətinin sahilində olub.

Filippin Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, ölənlərin sayı 15 nəfərə çatıb, 100-dən çox insan yaralanıb.

Episentrin yaxınlığında yerləşən General Santos şəhəri daha çox ziyan çəkib, bir neçə bina uçub, evlərə və infrastruktura ziyan dəyib. Şəhərdəki hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və bir neçə ərazidə elektrik kəsintiləri baş verib.

Sunami xəbərdarlıqları yalnız Filippin üçün deyil, İndoneziya, Malayziya, Palau, Papua Yeni Qvineya və Tayvanın sahil ərazilərində yaşayan sakinlər üçün də ehtiyat tədbirləri tövsiyə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR