İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa 50 TONLUQ nüvə raketini İŞƏ SALDI

Fransa Silahlı Qüvvələri Şimali Atlantikanı lərzəyə gətirən hərbi addım ataraq "Le Vigilant" atom sualtı qayığından "M51.3" strateji ballistik raketinin sınaq buraxılışını gerçəkləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə "AFP" agentliyi Yelisey sarayına və Fransa Silahlı Qüvvələr Nazirliyinə istinadla məlumat yayıb.

Sınaq prosesini Fransa prezidenti Emmanuel Makron Hərbi Dəniz Qüvvələrinin döyüş gəmisinin göyərtəsindən şəxsən izləyib. Sınaq uçuşu nüvə döyüş başlığı istifadə edilmədən icra olunub.

Raket Fransa sahillərindən yüzlərlə kilometr aralıda, Şimali Atlantik okeanının sularına çırpılıb.

Qeyd edək ki, "M51.3" Fransanın sualtı gəmilər üçün hazırladığı məxfi "M51" ballistik raket sisteminin ən müasir modifikasiyasıdır.

Bu ölümçül silah 2025-ci ilin oktyabrında Fransanın arsenalına daxil edilib.

"ArianeGroup" tərəfindən istehsal olunan raketin uzunluğu 12 metr, çəkisi isə tam 50 tondur.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR