İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Əlioğlu VƏFAT ETDİ

Görkəmli Azərbaycan şairi, tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu vəfat edib.

Musavat.com xəbər verir ki, şairin vəfatı barədə məlumatı Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid təsdiqləyib.

1944-cü ildə Füzulidə anadan olan Çingiz Əlioğlu uzun illər Azərbaycan ədəbiyyatına, poeziyasına və nəşriyyat işinə xidmət edib. O, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 2005-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Çingiz Əlioğlunun kiçik oğlu Orman Əliyev də Azərbaycanın tanınmış mədəniyyət və kino xadimlərindəndir. O, rejissor və prodüser, Bakı Media Mərkəzinin icraçı direktorudur.

Çingiz Əlioğlunun vəfatı Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün ağır itkidir.

Allah rəhmət eləsin!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR