Onlayn ictimai-siyasi qəzet
Hollivudda uzun illər uğurlu karyera quran məşhur aktyor Antonio Banderas vətəni İspaniyaya qayıtmaq qərarından danışıb.
66 yaşlı sənətçi “People”a müsahibəsində əsl evinin ABŞ-nin Malibu şəhərində deyil, İspaniyanın Malaqa şəhərində olduğunu anladığını deyib.
“Bunlar gözəl və həyəcanverici illər idi. Amma həmişə bunun bütün həyatım boyu davam etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik hissi məni təqib edirdi. Mənim yerim Malibuda deyil. Mənim yerim Malaqadır” deyə, Banderas bildirib.
Aktyor Hollivudda yaşadığı illərdə, əldə etdiyi uğurlara baxmayaraq, özünü bir qədər yad hiss etdiyini etiraf edib. O, “Evita”, “Vampirlə müsahibə” və “Desperado” kimi məşhur layihələrdə rol aldığı dövrdə belə vətəni üçün darıxdığını söyləyib.
Banderasın ABŞ-dən ayrılmaq qərarına 2017-ci ildə keçirdiyi infarktın da təsir etdiyi bildirilib. Aktyor daha əvvəl bu hadisəni həyatında baş verən ən yaxşı şeylərdən biri adlandırıb. Onun sözlərinə görə, infarkt həyatına fərqli baxmasına səbəb olub və əvvəllər görmədiyi reallıqları dərk etməsinə imkan verib.
Hazırda İspaniyada yaşayan Banderas burada öz teatrını və restoranlar şəbəkəsini inkişaf etdirir. Aktyor, həmçinin məşhur aşpaz Entoni Burdenin həyatının ilk illərindən bəhs edən “Tony” bioqrafik filmində rol alır. (Axşam.az)
10 Avqust 2026
09 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ