İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə qəza: İki avtomobil toqquşdu – Maşınlar yararsız hala düşdü

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, qəza rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki, “Get Star” markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan “VAZ-2106” markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza “VAZ-2106” markalı avtomobilin “Get Star”ın qarşısına çıxması nəticəsində baş verib.

Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb. Lakin toqquşma nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR