İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçi sentyabrın 30-dək Nyu-Yorkda QALACAQ - SƏBƏB

İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 30-dək Nyu-Yorkda qalacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Ynet" nəşri İran mənbələrinə istinadən məlumat yayıb.

Qərarın rəsmi səbəbləri açıqlanmasa da, bu addımın arxasında mühüm diplomatik səylərin dayandığı ehtimal edilir.

Xatırladaq ki, İran heyəti ABŞ-yə BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə gəlib. Sessiyanın yüksək səviyyəli ümumi müzakirələrinin sentyabrın 28-də başa çatacağı gözlənilir.

Nümayəndə heyətinin tədbir bitdikdən sonra da şəhərdə qalması, böyük ehtimalla, Vaşinqton və Tehran arasında diplomatik danışıqlar prosesini bərpa etmək cəhdləri ilə bağlıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR