İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən Türkiyəyə AÇIQ TƏHDİD: Ankarada olan HƏMAS liderini ölümə HƏDƏLƏDİ

İsrailin müdafiə naziri İsrail Kats hazırda Türkiyədə olan HƏMAS-ın siyasi qanadının rəhbəri Xəlil əl-Hayyanı öldürməklə hədələyib.

Musavat.com xəbər verir ki, Kats həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı HƏMAS-a dəstək verməkdə ittiham edərək Ankaranın bu hərəkatın öz ərazisində sərbəst fəaliyyət göstərməsinə şərait yaratdığını iddia edib.

Keçən ilin sentyabrında İsrail Qətərin paytaxtı Dohada HƏMAS-ın qərargahına zərbə endirərək fələstinli danışıqlar heyətini məhv etməyə uğursuz cəhd göstərib.

Həmin hücum zamanı nümayəndə heyətinin üzvləri sağ qalmağı bacarıblar.

Həmin insidentdən dərhal sonra Türkiyə tərəfi ABŞ vasitəsilə Təl-Əvivə xəbərdarlıq edərək bəyan edib ki, Türkiyə ərazisində analoji hücum cəhdi baş verəcəyi təqdirdə İsrail miqyaslı hərbi cavabla üzləşəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR