İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Gürcüstan şərabı, pivəsi və mineral suyunun satışını məhdudlaşdırıb

Rusiya bir neçə Gürcüstan şirkətinin məhsullarının idxalını və paylanmasını dayandırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, siyahıya "Teliani Veli" və "Tbilvino" şərabları, "Zedazeni" pivəsi və "Nabeglavi" mineral suyu daxildir.

Məhdudiyyətlər həmçinin "Wineman" şərabı və "Askaneli Brothers" şərabı və konyakına da aiddir. Siyahıya Gürcüstanda istehsal olunan "Coca-Cola" da daxildir.

"Rospotrebnadzor" (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) tədbiri müvəqqəti adlandırıb. Agentliyin məlumatına görə, məhsullar dad, tərkib və təhlükəsizlik tələblərinə cavab vermir. Məhdudiyyətlərin müddəti göstərilməyib.

"Zedazeni" pivəsi Georgian Brewing Company, "Nabeglavi" mineral suyu isə Healthy Water tərəfindən istehsal olunur.

Rusiya Gürcüstan şərabçıları üçün əsas bazar olaraq qalır. 2026-cı ilin birinci yarısında Gürcüstanın şərab ixracının təxminən 64%-ni təşkil edib.

Qeyd edək ki, Rusiyanın postsovet ölkələrə qarşı bu kimi məhdudiyyətlər tətbiq etməsi vaxtaşırı olur. Müşahidəçilərin fikrincə, bu məhdudiyyətlər çox vaxt siyası motiv daşıyır və Kremlin əlində təzyiq vasitəsidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR