İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz Ağalarov övladlarından danışdı - VİDEO

Xalq artisti Emin Ağalarovun atası, iş adamı Araz Ağalarov övladlarının tərbiyəsi və onlara yanaşması barədə danışıb.

Araz Ağalarov Eminin uğurlarını öz zəhməti ilə qazandığını bildirib.

“Emin hər şeyi özü edib, ona kömək etməmişəm. Mən uşaqlarıma bir yana, həyat yoldaşıma da qadağa qoymamışam. Onları vaxtında ata kimi böyütdüm. Heç nəyə irad bildirmədim” deyə, iş adamı qeyd edib.

Emin Ağalarov isə atasının fikirlərinə münasibət bildirərək onun tərbiyə prinsiplərinin insanın gələcək qərarlarına təsir etdiyini vurğulayıb:

“Atamın həmişə öz prinsipləri və xüsusi tərbiyə yanaşması olub. İnsan böyüyərkən və artıq yetkin yaşlarında hansı qərarları verirsə, bunda çox şey məhz həmin yanaşmadan asılıdır”. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR