Onlayn ictimai-siyasi qəzet
Goranboyda uşaq həkimi dərmandan zəhərlənib.
Musavat.com APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, Təranə Hüseynova Goranboy Rayon Mərkəzi Xəstəxanasında uşaq həkimi vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ