İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramil İskəndərlidən məktəblərdə geyim qaydaları ilə bağlı ÇAĞIRIŞ

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli müraciət ünvanlayıb.

Musavat.com onun müraciətini təqdim edir:

"Əziz həmvətənlər!

Azərbaycanın ən böyük sərvətlərindən biri onun dünyəvi dövlətçilik ənənəsi, dini tolerantlığı və cəmiyyətimizdəki qarşılıqlı hörmətdir.

Biz dinimizə də, inanclarımıza da hörmət edirik. Amma məktəbin öz qaydaları var.

Əhalinin əksəriyyəti müsəlman olan bir sıra dünyəvi dövlətlərdə də məktəb geyimi müəyyən qaydalarla tənzimlənir. Bu, əslində dinə qarşı münasibət deyil, bu, təhsil sisteminin təşkilinə dair yanaşmadır.

Azərbaycan məktəblərində tətbiq olunan geyim qaydaları ölkəmizin daxili işidir və heç bir xarici qüvvənin dini hisslərdən istifadə edərək cəmiyyətimizdə süni qarşıdurma yaratmağa, dünyəvi dövlətçilik prinsiplərimizə müdaxilə etməyə mənəvi və hüquqi haqqı yoxdur.

Gəlin, sabah məktəblərimizə şagirdlərimiz vahid məktəbli formasında, müəllimlərimiz isə nümunəvi geyim qaydalarına riayət edərək gəlsinlər. Və bununla da dünyəvi təhsil prinsiplərinə, qanunlarımıza və qarşılıqlı hörmətə sədaqətimizi nümayiş etdirək.

Bu, bir çağırış videosudur və estafeti digər vətəndaş cəmiyyəti nümayəndələrinə ötürürəm".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR