İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Almaniya ŞİRKƏTİNİ VURDU: BMW, Mercedes və Audi-yə BÖYÜK ZƏRBƏ

Rusiyanın endirdiyi zərbə nəticəsində Ukraynanın Jitomir şəhərində yerləşən alman “Kromberg & Schubert” şirkətinin fabriki dağıdılıb.

Musavat.com xəbər verir ki, məlumata görə, müəssisə Volkswagen, Audi, BMW, Mercedes-Benz, Skoda, Porsche kimi dünya brendləri üçün elektrik bort kabel sistemləri və naqil dəstələri istehsal edirdi.

Zərbə nəticəsində istehsal tamamilə dayandırılıb.

Zərərin həcmi və hadisənin təfərrüatları hələ dəqiqləşdirilir.

Qeyd edək ki, “Kromberg & Schubert” avtomobil sənayesi üçün kabel sistemlərinin aparıcı təchizatçılarından biri sayılır.

Fabrikin sıradan çıxması Avropa avtomobil istehsalçıları üçün də problemlər yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR