İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 14 yaşlı basketbolçu qəfil öldü

Rusiyada fəaliyyət göstərən "Ximki" basketbol klubunun baş məşqçisi Roman Semerninovun 14 yaşlı oğlu Aron Semerninov vəfat edib.

Bu barədə "Ximki" klubunun mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında Aron Semerninovun qəfil dünyasını dəyişməsi ilə bağlı dərin kədər ifadə olunub.

TASS-ın yaydığı məlumata görə, 14 yaşlı idmançı məşq prosesi zamanı qəfil ürək dayanması nəticəsində həyatını itirib.

Aron Semerninov Krasnıdar şəhərini təmsil edən SŞOR komandasının heyətində basketbolla məşğul olub.

Hadisə ilə bağlı "Ximki" klubu Roman Semerninov və ailəsinə başsağlığı verib./milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR