Onlayn ictimai-siyasi qəzet
“Güney Azərbaycanın şəhərlərində - Urmiya, Təbriz, Xoy, Qəzvin, Zəncan, Marağa və Ərdəbildə xalq eyni anda və birlik içində etiraz aksiyalarına başlayıb”.
Teleqraf xəbər verir ki, bu barədə güneyli milli fəal Hüseyn Türkelli məlumat verib. Fəal bildirib ki, güneylilər hazırkı molla rejimi ilə yanaşı, İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvinin hakimiyyətə mümkün qayıdışına da etiraz edirlər:
“Etirazçılar Azərbaycanın öz milli hədəfləri və şüarları ilə çıxış edərək həm molla rejimi, həm də Pəhləvi-fars faşizminin diktaturasına qətiyyətlə “yox” deyirlər.
Güney Azərbaycanın şəhərlərində səsləndirilən şüarlar bunlardır:
“Azadlıq, Ədalət, Milli Hökumət!”
“Diktaturaya ölüm!”
"Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi!"
“Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!”
“Azərbaycan şərəfdir, “Bəsic”i bişərəfdir”
“Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”.
Düşünürəm ki, indiki mərhələdə Rza Pəhləvi İrana rəhbərlik etmək üçün münasib seçim deyil.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, ötən gecə mühafizəkar respublikaçı siyasətçi və jurnalist Hyu Hevitlə müsahibəsində Rza Pəhləvi ilə görüşmək ehtimalı ilə bağlı suala cavab olaraq deyib:
"Mən onu görmüşəm və o, yaxşı insan kimi görünür. Ancaq onun bu mərhələdə rəhbərlik üçün doğru insan olduğunu düşünmürəm".
O, İrana kimin rəhbərlik edəcəyinin sonrakı mərhələlərdə müəyyənləşəcəyini bildirib:
"Düşünürəm ki, hamı meydana gəlməlidir və sonra kimin ortaya çıxacağını görəcəyik. Düşünmürəm ki, bu, mütləq doğru addımdır".
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ