İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan və Ukraynadan anti-NATO mövqeyi

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze NATO rəhbərliyini Gürcüstan və Ukraynaya uzun illər alyansa üzvlüklə bağlı reallaşmayan vədlər verməkdə ittiham edib. Kaladze bildirib ki, NATO rəhbərliyi uzun illər Gürcüstan və Ukraynanı aldadıb, onlara alyansa üzvlük perspektivi vəd edib. Onun sözlərinə görə, indi isə NATO təmsilçiləri faktiki olaraq belə bir perspektivin olmadığını etiraf edirlər.

Gürcüstan parlamentinin Avropaya inteqrasiya məsələləri komitəsinin sədr müavini Tornike Paqava isə bildirib ki, əgər NATO gələcək genişlənmədən qəti şəkildə imtina edərsə, Tbilisi çoxvektorlu xarici siyasət kursu yürütməli olacaq.

Gürcü rəsmilərindən bir gün öncə isə Ukraynanın Böyük Britaniyadakı səfiri və Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı bəyan edib ki, Ukraynanın NATO-ya üzvlüyünün perspektivlərinə inanmır:“Mən NATO-nu çox yaxşı tanıyıram. Təxminən 12 il ərzində şəxsən NATO standartlarını mənimsəməyimizi təmin etmək üçün çalışdım və hər il NATO-ya necə qoşulacağımız barədə nağıllar eşitdim. Təəssüf ki, biz heç vaxt ona qoşulmayacağıq”.

O, ölkəsini digər təhlükəsizlik ittifaqlarının inkişafına diqqət yetirməyə çağırıb.

Gürcüstan və Ukraynanın NATO-ya münasibətində bu cür dəyişiklik Şimali Atlantika Blokunun postovet respublikalarında nüfuzunun azalması və bloka etimadsızlığın göstəricisi hesab edilə bilərmi? NATO nədə, harda səhv etdi ki, ona olan ümidlər bu şəkildə qırıldı?


Baydenin anti-Azərbaycan ritorikasına qarşı Trampın əməkdaşlıq xətti –  Analitik RƏYİ - Yeni Çağ

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, ABŞ başda olmaqla NATO bloku Rusiyanı düşmən elan edib. NATO və ABŞ-nin məqsədi Rusiyanı dünya siyasi xəritəsindən silməkdir. Bunun üçün Rusiyanın ətrafındakı respublikalardan da istifadə etməyə uzun illərdir cəhdlər edilir: “Buna görə həmin respublikalara illərdir ən müxtəlif vədlər verilib. Sual yaranır ki, NATO niyə Afrikaya doğru genişlənmək planı qurmur, amma Rusiyanın ətrafında həlqə qurmaq istəyir. Bu sualın cavabı aydındır-Rusiyanı parçalamaq və dövlət kimi sıradan çıxarmaqdır. Uzun illər demokratiya adı altında Ukrayna, Gürcüstan və digər Rusiyaya yaxın olan dövlətlərdə hakimiyyət çevrilişləri də bunun üçün edilirdi. Nəticədə həmin respublikaların özləri böyük problemlərlə, məhrumiyyətlərlə, daxili xaosla üz-üzə qaldılar. Qarşılığında bu respublikalara verilən vədlər yerinə yetirilmədi və əslində əvvəldən belə olacağı gözlənilirdi. İndi nəhayət gec də olsa həmin respublikalar onlardan vasitə kimi itifadə edildiyinin və onlara verilən vədlərin boş vədlər olduğunun fərqinə varmağa başlayırlar. Gürcü və Ukrayna rəsmilərinin dilindən səslənən həmin bəyanatlar da bunun əlamətidir. Artıq bu respublikalarda NATO-ya heç zaman qəbul edilməyəcəklərinə əminlik yaranır və əminlik yarandıqca Qərbə, NATO-ya etimadsızlıq, inamsızlıq da formalaşır. Bu respublikalar görürlər ki, siyasi vakkumdadırlar. Görürlər ki, onlar nə qədər Avropa İttifaqına, NATO-ya üzv olmağa çalışsalar həmin qurumların qapıları onların üzünə açılmır. Beləliklə əmin olurlar ki, illərlə boş vədlərə inanıblar. Nəticədə qonşuluqdakı böyük dövlətlə-Rusiya ilə münasibətləri qırılıb”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR