İnsanlara hürriyət, millətlərə istiqlal!

Hazırda dünyada neçə milyarder var?

Hazırda dünyada 3302 nəfər milyarder var ki, bu da rekord göstəricidir.

Bu barədə İsveçrənin "UBS Group AG" bankının illik hesabatında deyilir.

2025-ci ilin aprelindən 2026-cı ilin aprelinədək olan dövrü əhatə edən hesabata əsasən, son bir il ərzində dünyada milyarderlərin sayı 383 nəfər, yaxud 13,1% artıb.

"Onlardan min nəfərdən çoxu ABŞ-də, 562 nəfər Çində və 211 nəfər Hindistanda yaşayır. Ardınca müvafiq olaraq 193 və 122 milyarder ilə Almaniya və Rusiya gəlir", - sənəddə deyilir.

Bildirilir ki, qeyd olunan milyarderlərdən yalnız 19 nəfərinin sərvəti 100 milyard dollardan çoxdur. Onlardan 15 nəfəri ABŞ-də yaşayır./"Qafqazinfo"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR