Onlayn ictimai-siyasi qəzet
"Böyük Yeddilik" (G7) ölkələrinin yaxın 10 ildə müdafiə xərclərini artırmaq planları təxminən 8 trilyon dollara çata bilər.
Musavat.com xəbər verir ki, bu məbləğ Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın 2026-cı il üzrə ÜDM-nin təxminən 15 faizinə bərabərdir.
Məlumatı "Reuters" agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş admiralı, hazırda "The Carlyle Group" maliyyə nəhənginin icraçı direktoru və tərəfdaşı olan Ceyms Stavridisin qiymətləndirməsinə istinadən yayıb.
Stavridis qeyd edib ki, G7 ölkələrinin müdafiə xərcləri ÜDM-nin 2 faizinə qədər yüksəlib — bu, son 30 ildən çox müddətdə qeydə alınan ən yüksək göstəricidir. Proqnozlara görə, bu pay artıq 2030-cu ilə qədər 3,8 faizə çatacaq.
Ceyms Stavridisin sözlərinə görə, təkcə Avropada daha miqyaslı hərbi hədəflər yaxın 10 ildə əlavə 4–5 trilyon avro (4,5–5,7 trilyon dollar), aidiyyəti infrastrukturu da əlavə etdikdə isə ümumilikdə 9 trilyon avro xərc tələb edəcək.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ