İnsanlara hürriyət, millətlərə istiqlal!

Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı

Avropada müşahidə olunan anomal istilər yeni rekordların qeydə alınmasına səbəb olub.

Musavat.com xəbər verir ki, son 150 ildən çox müddət ərzində ilk dəfə olaraq Danimarkada termometrlərin göstəricisi 36,6°C-ə yüksəlib.

Bununla da ölkədə 1975-ci ildən bəri dəyişməz qalan 36,4°C-lik əvvəlki rekord yenilənib.

Bənzər rekordlar digər ölkələrdə də qeydə alınır. Məsələn, Slovakiyada gecə temperaturu ilə bağlı yeni rekord qeydə alınıb – havanın qaralmasından sonra belə temperatur 26,3°C-dən aşağı düşməyib.

Almaniya Meteorologiya Xidmətinin ilkin məlumatlarına görə, Saarbrükken-Burbax bölgəsində bəzi yerlərdə istilik 41,3°C-ə çataraq 2019-cu ilin rekordunu geridə qoyub.

Sinoptiklərin proqnozlarına əsasən, həftəsonu bu rekordların yenidən təkrarlanması və ya təzələnməsi ehtimalı olduqca yüksəkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR