İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər şey bir anın içində BAŞ VERDİ - Dəhşətli görüntülər, yüzdən çox ÖLÜ VAR!

Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 111 nəfər həyatını itirib, yeddi hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.

Musavat.com xəbər verir ki, Kali, Pereyra, Manisales, Kibdo, Armeniya, Kartaqo və Buenaventuradan səfər edəcək sərnişinlərin reyslərin vəziyyətini yoxlamaları xahiş olunur.

Zəlzələ yalnız hava nəqliyyatında fasilələrə yol açmaqla qalmayıb, həm də böyük humanitar fəlakətə səbəb olub. Güclü yeraltı təkanlar nəticəsində azı 111 nəfər həyatını itirib, çoxlu sayda bina dağılıb və zərər görüb. Xilasedicilər uçan tikililərin altında axtarış-xilasetmə işlərini davam etdirərkən, hava limanının məsuldar şəxsləri də terminallarda və əməliyyat zonalarında baxış keçiriblər.

Kolumbiya Mülki Aviasiya Qurumu (Aerocivil) zəlzələdən təsirlənən hava limanlarının Pereyra, Manisales, Kibdo, Armeniya, Kartaqo, Buenaventura və Kalidə yerləşdiyini bildirib. Qurumun ikinci hesabatında Kali şəhərinə xidmət göstərən Alfonso Bonilya Araqon Beynəlxalq Hava Limanının da adı çəkilib və uçuşların dondurulması prosesinin müvəqqəti olaraq davam etdiyi diqqətə çatdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2026

11 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR