Onlayn ictimai-siyasi qəzet
Amerikalı professional boksçu Mayk Tayson qatıldığı bir proqramda açıqlamaları ilə diqqət çəkib.
Boksçu həyat yoldaşı ilə Bred Pitti öz aldığı maşında birlikdə tutduğundan danışıb.
“Biz həyat yoldaşımla boşanmaq üzrə idik. Bir gün evə getdim, amma evdə heç kim yox idi. Sonra həyat yoldaşımı ona hədiyyə etdiyim lüks avtomobildə gördüm. Yanında da bir dostu var idi. O, Bred Pitt idi. Əlbəttə, ovaxtkı Bred Pitt indiki qədər məşhur deyildi. Hətta öz avtomobili də yox idi”, - deyə Tayson bildirib.
Qeyd edək ki, Bred Pitt məşhur olmamışdan əvvəl həmin dövrün tanınmış ulduzlarından olan Robin Qivens ilə münasibət yaşayıb. O zaman Qivens boksçu Mayk Tayson ilə boşanmaq üzrə olub. (Olay)


07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ