İnsanlara hürriyət, millətlərə istiqlal!

Hizbullah İsrail bazalarına hücum edib

Hizbullah  İsrail Hərbi Hava Qüvvələrinin Meron dağındakı hava əməliyyatları və elektron müharibə mərkəzinin yerləşdiyi  bazasına dronlarla hücum etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumat qrupun Telegram kanalında dərc olunmuş kommünikedə yer alıb: "İslam müqavimət dronları düşmən hədəfini dəqiq vurdu. Bu əməliyyat İsrailin atəşkəs rejimini pozmasına və 6 mayda Beyrutun cənub kənarına hava hücumuna cavab olaraq həyata keçirilib".

Hizbullah bildirib ki, bundan əvvəl Golani Piyada Briqadasının qərargahına və Nahariyadakı 621-ci Egoz Xüsusi Təyinatlı Qüvvələr Batalyonunun bazasına dəqiq idarə olunan raketlərlə hücum ediblər.

Onlar həmçinin Livanın cənubunda Beydar Foqaani, Deyr Suriya, Teyr Harfa və El Bayada ərazilərində İsrail qüvvələrinə qarşı silahlı basqınlar həyata keçiriblər. Kommunikeyə görə, onlar İsrailin bir Merkava tankını məhv etməyi bacarıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR