İnsanlara hürriyət, millətlərə istiqlal!

İki türk lider Zəngəzur qapısını açır - Regionda MÜHÜM gəlişmə

Prezident İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin strateji və müttəfiqlik xarakterinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan arasında son illərdə siyasi dialoq yüksək səviyyəyə çatıb və dövlət başçıları arasında qarşılıqlı etimad münasibətləri əməkdaşlığın bütün istiqamətlərinə müsbət təsir göstərir.

Bu sözləri Musavat.com-a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib.

Müxalif deputatın oğlu hakim TƏYİN OLUNDU | Modern.az

O qeyd edib ki, bu səfər iki qardaş ölkənin mövcud əlaqələri daha da dərinləşdirməkdə maraqlı olduğunu nümayiş etdirir:

"Azərbaycan və Özbəkistanı təkcə tarixi, milli və mənəvi bağlar deyil, həm də ortaq strateji maraqlar birləşdirir.

Nəqliyyat, enerji, ticarət, investisiya, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Xüsusilə Orta Dəhlizin imkanlarının artırılması fonunda Azərbaycan və Özbəkistan arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı hər iki ölkənin regional iqtisadi mövqelərini daha da gücləndirə bilər".

Deputat hesab edir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Türk dünyasının güclənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır:

"İki ölkənin beynəlxalq platformalarda bir-birinə verdiyi dəstək və qarşılıqlı həmrəylik gələcəkdə daha geniş əməkdaşlıq imkanları yaradır.

Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana səfəri mövcud müttəfiqlik münasibətlərinin yeni mərhələyə yüksəldilməsi və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addımdır".

Emil Salamoğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR