Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Zaur Rzayevin səhhətində ciddi problem yaranıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Musavat.com-a bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1952-ci il təvəllüdlü Zaur Rzayev 14 oktyabr 2026-cı il tarixində saat 21:30 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.
Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub.
Hazırda xalq artistinin müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Şahanə Rəhimli
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ