İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci 11 sentyabrın qarşısı alınıb – Netanyahu

İsrail Flydubai hadisəsi ilə bağlı istintaqda iştirak edə bilər.

Musavat.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Fox News-a verdiyi müsahibədə deyib:

"Hücum edən pilot hazırda Səudiyyə Ərəbistanında dindirilir. İnanıram ki, o, Birləşmiş Ərəb Əmirliklərinə aparılacaq, biz istintaqı izləyəcək və bəlkə də orada iştirak edəcəyik".

O qeyd edib ki, istintaq hadisənin şərtlərini müəyyən etməlidir. Baş nazir təyyarə sərnişinlərinin aqressiv pilotu zərərsizləşdirərək, təyyarənin yerə çırpılmasının qarşısını almasını böyük qəhrəmanlıq adlandırıb və daha bir “11 sentyabra” imkan verilmədiyini qeyd edib.

Netanyahu hadisədə İranın iştirakı barədə nəsə deməyin tez olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR