İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev niyə MDB sammitinə qatılmadı? – İştirakdan imtinanın mesajı

MDB-nin qeyri-rəsmi sammitində Prezident İlham Əliyevin iştirak etməməsi rəsmi Bakının izahına görə dövlət başçısının sıx iş qrafiki ilə bağlıdır. Adətən bu cür izahlar protokol xarakteri daşıyır və diplomatik praktikada sual doğurmur. Lakin regional və beynəlxalq proseslərin hazırkı fonunda bu dəfə vəziyyət fərqlidir.

Musavat.com-un apardığı təhlillər göstərir ki, məsələ təkcə təqvim uyğunsuzluğu ilə məhdudlaşmır.

Prezidentin sammitə qatılmaması, son aylarda Azərbaycan–Rusiya münasibətlərində yaranmış və hələ də açıq qalan ciddi gərginlik fonunda baş verir. Söhbət AZAL-a məxsus mülki təyyarənin qəzaya uğraması ilə bağlı insidentdən sonra Moskvanın mövqeyi, hadisənin hüquqi-siyasi müstəvidə aydınlaşdırılmaması və rəsmi Bakının gözləntilərinin cavabsız qalmasından gedir.

Görünən odur ki, Bakı bu məsələni gündəmdən çıxarmayıb və mdiplomatik jestlərə də məhz bu prizmadan yanaşır. Prezident İlham Əliyevin MDB sammitinə qatılmaması da ilk baxışdan texniki görünən, amma əslində ciddi siyasi mesajlar ehtiva edən addım kimi dəyərləndirilə bilər. Bu qərar Azərbaycan–Rusiya münasibətlərində yaranmış etimad böhranının hələ aradan qalxmadığını bir daha göstərir.

1759824714_rlm9v2agxw4m6iygsbjumzdmatx3t9lt7skirbza_825-v.png (511 KB)

elxan.jpg (68 KB)

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Rusiya verdiyi vədi yerinə yetirmədi:

“Təyyarə qəzasında ölənlərin ailələrinə və yaralananlara kompensasiya verilmədi. Ümumiyyətlə, Rusiya tərəfindən hadisəyə siyasi-hüquqi qiymət verilmədi. Putin oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezideni İlham Əliyevlə görüşdə qəzada ölənlərin ailələrinə və yaralananlara kompensasiya ödəniləcəyini vəd etmişdi. O, bildirmişdi ki, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. O, bunların heç birini yerinə yetirmədi. Nə kompensasiya ödənildi, nə də vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi.

7(120).jpg (56 KB)


Çox təəssüf ki, Qazaxıstan da öz üzərinə düşəni etmədi. İlin sonu yaxınlaşır, amma hələ də Qazaxıstanda təyyarənin vurulması ilə bağlı yaradılan komissiyanın yekun hesabatı da yayımlanmadı. Eyni zamanda Rusiyada azərbaycanlılara qarşı təzyiq siyasəti davam edir. Bütün bunlar baş verərkən, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda işinə başlayan MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılması ehtimalı az idi. Dövlət başçısı çox doğru addım atdı”.

Politoloq deyib ki, Prezident İlham Əliyev 9 may Qələbə günü münasibəti ilə də Moskvaya getməyib:

“Putinin bu tədbirləri Moskvada və Sankt-Peterburqda keçirməsi onun imperiya təfəkküründən irəli gəlir. Fazişm üzərində qələbədə keçmiş SSRİ-də yaşayan bütün xalqların rolu olub . Belə olan halda dövlətlərin liderləri niyə Moskvada toplaşmalıdır. Azərbaycandan 600 min vətəndaş bu müharibədə iştirak edib və onlardan 300 mini geri qayıtmayıb. 9 may Qələbə gününü Bakıda da keçirmək olar. İlham Əliyev hər il sağ qalan veteranlarla görüşür, Həzi Aslanovun abidəsi önünə əklil qoyur.

Eləcə də Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin liderləri niyə hər ilin sonunda məhz Sankt-Peternurqda qeyri-rəsmi sammitə qatılmalıdırlar? Putin sadəcə, bununla Rusiyanın qonşularından bir baş üstün olduğunu göstərməyə çalışır.

Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev hər iki tədbirə qatılmamaqla doğru qərar verdi. Azərbaycanın Rusiya ilə münasibətləri gələcəkdə normallaşsa belə, 9 may Qələbə gününü Moskvada qeyd etməyə, MDB liderlərinin Sankt-Peterurq görüşündə isə iştiraka ehtiyac yoxdur”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR