Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp silahlı münaqişəyə son qoymaq üçün İranla razılaşma axtarmır.
Musavat.com xəbər verir ki, bunu Tramp özünə məxsus Truth Social hesabınbda yazıb: “Saxta ABC News-un xəbər verdiyi kimi, mən İranı danışıqlar masasına oturtmağa çalışmıram. Onların özləri üçün heç bir dəyəri olmayan bir razılaşma imzalamaları mənim üçün daha vacib deyil".
Tramp mövcud vəziyyətdən razı olduğunu iddia edib: "Mən Hörmüz boğazına demək olar ki, tam nəzarət etdiyimiz, İran iqtisadiyyatının isə tamamilə çökdüyü indiki vəziyyətimizi daha çox bəyənirəm. Onlar yalnız qaçılmaz olanı gecikdirirlər. İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?"
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ