İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ağırlıqqaldıranı 3 il müddətinə cəzalandırıldı

Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün 3 il müddətinə diskvalifikasiya edilib.

Milli Antidopinq Agentliyindən Musavat.com-a bildirilib ki, idmançının nümunəsində qadağan edilmiş anabolik androgenik steroidlər qrupuna daxil olan metribolon maddəsi aşkarlanıb.

Fazilə İmanovaya tətbiq olunan sanksiya 15 may 2026-cı ildən qüvvəyə minib və 14 may 2029-cu ildə başa çatacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR