İnsanlara hürriyət, millətlərə istiqlal!

"Real"ın müdafiəçisi saxlanıldı

Madrid “Real”ının müdafiəçisi Raul Asensio sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə avqustun 16-da Kanar adalarında qeydə alınıb.

23 yaşlı futbolçu “Porsche” markalı avtomobillə Qran-Kanariyanın cənubundakı kurort zonasına gedərkən polis əməkdaşları tərəfindən sənədlərinin yoxlanılması üçün saxlanılıb.

Yoxlama zamanı Asensionun nəfəsindəki spirt səviyyəsinin 0,90 mq/l olduğu müəyyən edilib. İcazə verilən hədd isə 0,25 mq/l təşkil edir.

Hadisədən bir neçə gün sonra futbolçu məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onu yol hərəkəti təhlükəsizliyinə qarşı cinayət törətməkdə təqsirli bilib.

Raul Asensio 14 400 avro məbləğində cərimələnib və 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR