İnsanlara hürriyət, millətlərə istiqlal!

Ünvanlı yardımın ünvanı AZALIR – İki FƏRQLİ rəy

Azərbaycanda son bir ildə də ünvanlı sosial yardım (ÜSY) alanların sayı azalıb. Dövlət Statistika Komitəsinin sonuncu hesabatında qeyd edilir ki, 2026-cı il iyulun 1-i vəziyyətinə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Onun bir nəfərə düşən orta aylıq məbləği 97,94 manat təşkil edib. Halbuki ötən ilin eyni dövründə 80,3 min aztəminatlı ailənin 353,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Onun bir nəfərə düşən orta aylıq məbləğ də 100,37 manat olub.

ÜSY alanların sayında son 10 ildə daha kəskin azalma müşahidə edilir. 2017-ci ildə 120.3 min aztəminatlı ailənin 498.4 min üzvünə ÜSY verilirdi. Göründüyü kimi, təkcə ÜSY alan ailələr azalmayıb, üstəlik, onun bir ailə üzvünə düşən məbləği də azalıb.

Aliment və ünvanlı sosial yardım: Hüquqi çərçivə və şərtlər | Gənc Ailə

Respublikaçı Alternativ Partiyasını (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli bildirib ki, çox güman ki, əsas səbəb şərtlərin sərtləşdirilməsidir: “Bununla bağlı dövlət qurumları detallı açıqlama verməlidirlər. Çox güman ki, şərtlərə uyğun gələn ailələrin sayı azalıb deyə ünvanlı sosial yardım alanların sayı da azalıb. Əgər başqa səbəblər varsa, müvafiq qurumlar açıqlama versələr, yaxşı olar”.

İqtisadçı Xalid Kərimli isə Musavat.com-a bildirib ki, ünvanlı sosial artımın bir nəfərə düşən məbləği heç zaman azalmır, əksinə, arta-arta gedir: “Ötən il bu məbləğ 280 manat idi, bu il isə 300 manat oldu. Böyük ehtimalla, 2027-ci ildə 6 faiz artım olacaq. Nazirlər Kabinetinin yaşayış minimumunun tərkibi haqqında qərarı var. Bu qərar ərzaq, qeyri-ərzaq, xidmətlər üzrə minimal normativləri ehtiva edir. İnflyasiya olduğu üçün bu məbləğ hər il artır. Yeri gəlmişkən, əgər şəxs işsizdirsə və işsiz kimi qeydiyyata düşmürsə, ünvanlı sosial yardımın müəyyən edilməsi zamanı sual ortaya çıxır ki, həm iş axtarmırsan, həm də dövlətdən pul istəyirsən. Buna görə də, məşğulluqla bağlı qeydiyyata düşmək vacibdir. Münasib iş təklifi olursa, iki dəfə imtina qeydə alınırsa, bu zaman da ünvanlı sosial yardım almaq hüququ itirilir”.

İqtisadçı Xalid Kərimli quru sərhədlərinin bağlı olması haqda danışır

Onun sözlərinə görə, ümumiyyətlə, ünvanlı sosial yardım vətəndaşın daşınan, yaxud daşınmaz əmlakının olub-olmaması və digər bir çox amil nəzərə alınmaqla təyin olunur: “Fikrimcə, ünvanlı sosial yardım alanların sayında azalmanın səbəbləri ya müraciətlərin sayının azalması ilə bağlı ola bilər, ya da imtina edənlərin. Digər tərəfdən səbəblərdən biri əhalinin gəlirlərinin artması ola bilər. Ötən il orta aylıq əməkhaqqı 9,3 faiz, bu ilin nəticələrinə görə isə 7 faizdən çox artıb. Əhalinin nominal gəlirləri 7 faiz artıb. Hesab edirəm ki, ünvanlı sosial yardımın əlçatanlığı artırılmalıdır. Məhdudiyyətlərin qoyulması müraciətləri çətinləşdirir. Bununla yanaşı, dövlətin yanaşması belədir ki, bu yardım növü ehtiyacı olan ailələrə yönəldilməlidir”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR