İnsanlara hürriyət, millətlərə istiqlal!

İlqarə yeni layihəsini təqdim etdi 

Müğənni İlqarə Kazımova yeni musiqi işini dinləyicilərinin ixtiyarına verib.

Musavat.com xəbər verir ki, sənətçinin təqdim etdiyi yeni mahnı “Mən oluram” adlanır.

Bəstə ilk baxışda sevgi mövzusuna həsr olunsa da, onun əsas mesajı daha geniş məna daşıyır. Bəstə təkcə qadın və kişi arasındakı münasibətlərdən deyil, eyni zamanda ana və övlad sevgisindən, dostluq bağlarından, valideyinə olan məhəbbətdən bəhs edir.

Mahnının sözləri və musiqisi Nicat Məlikova məxsusdur. Aranjemanı isə Aligee edib.

“Mən oluram” artıq bütün rəqəmsal musiqi platformalarında paylaşılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR