İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu məhkəməsi ilə bağlı ÇAĞIRIŞ ETDİ

Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu məhkəməsinin Türkiyə televiziyalarında canlı yayımlanmasına çağırıb.

Musavat.com xəbər verir ki, bundan əvvəl İstanbul Respublika Prokurorluğu istintaqını başa çatdırıb və İmamoğlu üçün 2352 ilə qədər həbs cəzası istəyib.

402 şübhəlinin adını çəkən ittiham aktı məhkəməyə 11 noyabrda təqdim edilib.

Müxalif siyasətçinin məhkəməsinin başlama tarixi hələlik məlum deyil.

"Sözcü" televiziyasının məlumatına görə, İmamoğlu deyib:

"Xalqımızdan gizlədəcək bir şeyimiz yoxdur. Bu ittihamnamə Cümhuriyyət Xalq Partiyasına qarşı yönəlib. Parlamenti məhkəmənin TRT və digər kanallarda yayımlanmasını təmin etməyə çağırıram".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR