Onlayn ictimai-siyasi qəzet
Texnologiya dünyası bərbərlik sənətində yeni bir dövrün qapılarını açır.
Musavat.com xəbər verir ki, Çində süni intellektlə idarə olunan robotların fəaliyyət göstərdiyi ekspress saç kəsimi kabinələri istifadəyə verilib.
Yeni xidmətdən yararlanmaq istəyən müştərilər cəmi 60 yuan (təxminən 14 AZN) ödəməklə saçlarını süni intellektə həvalə edə bilirlər.
Robot-bərbər qısa müddət ərzində müştəriyə dəbli və müasir saç forması verir.
Lakin bu innovativ xidmətin bir mənfi tərəfi var: saç kəsiminin nəticəsindən narazı qaldıqda, şikayət edə biləcəyiniz heç bir canlı bərbər tapılmır. Odur ki, bu kabinələrə daxil olanlar nəticəyə indidən razı olmalıdırlar.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ