İnsanlara hürriyət, millətlərə istiqlal!

İradə İbrahimovadan həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı paylaşım edib.

Sənətçi həyatında önəm verdiyi dəyərlərdən söz açıb. O, səbr və şükrü özünə yenidən qaytardığını bildirib:

“Gecə yatmadan öncə gözəl xatirələr və xəyallar təmizliyi etdim. İçimi qaraldan hər şeyi uzun zaman sonra ilk dəfə özümdən uzaqlaşdırmağı bacardım. Səbr və şükrümü aldım yenə yanıma. Əgər bir adaya düşsəydim, yanıma sadəcə səbrimi və şükrümü alardım. Səbr! Şükür! Ağlın və ürəyin vəhdəti. Allah heç birimizdən ayırmasın!”

İfaçı həyat yoldaşına sevgisini də sözləri ilə ifadə edib:

“Busabahkı acı qəhvəmi içərkən sonumuzun şirin bitməyinə çoxdan niyyət belə etdim. Daha neçə illərə yan-yana, əl-ələ, çiyin-çiyinə, inşallah. Həyat yoldaşım!”

Qeyd edək ki, İradə İbrahimova iş adamı Ceyhun İzerlə ailəlidir. Cütlüyün iki övladı  var. Ailə uzun illərdir Türkiyədə yaşayır. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR