İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-dan yeni təkliflərə cavab gözləyir

İran nümayəndələri Qətər vasitəçiləri ilə əlaqə saxlayıblar və tezliklə ABŞ-ın təkliflərinə cavab almağa ümid edirlər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə İranın xarici işlər naziri Abbas Əraqçi təsdiqləyib.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Əraqçi jurnalistlərə bildirib ki, Tehran Nyu-Yorkda Qətər vasitəçiləri vasitəsilə ABŞ ilə dolayı danışıqlar aparıb və Vaşinqtonun bu gün rəsmi cavab verəcəyinə ümid edir.

Əraqçi izah edib ki, BMT Baş Assambleyasının iclası üçün Nyu-Yorka səfəri zamanı İran tərəfi böhranın həlli və Hörmüz boğazının yenidən açılması planını təqdim edib: "Bizim missiyamız bu şərtləri Amerika tərəfinə və digər ölkələrə çatdırmaq, beynəlxalq ictimaiyyətin İranın bu mövzuda bir planı olduğunu bilməsini təmin etmək idi".

O əlavə edib ki, son görüşdə Qətər vasitəçiləri fikir ayrılıqlarının aradan qaldırılmasına kömək etməyə yönəlmiş yeni ideyalar irəli sürüblər və bu ideyalar "Vaşinqtona çatdırılır".

Bu arada, Press TV İran rəsmisinə istinadən bildirib ki, Vaşinqtonla danışıqlarda hələ də Tehranın nüvə proqramı müzakirə olunmur: "İranın nüvə məsələsində mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ ilə bağlı müzakirələr davam etmir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR