Onlayn ictimai-siyasi qəzet
İspaniyada tibb dünyasını sarsıdan dəhşətli qətl hadisəsi baş verib. 57 yaşlı dünyaca məşhur plastik cərrah Aleksandr Aslaninin klinikasında xəstələrin gözü qarşısında öldürülməsi ilə bağlı 18 yaşlı şübhəli şəxs saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə oktyabrın 9-da "Daily Mail" nəşri məlumat yayıb.
Müəmmalı qətli araşdıran detektivlər cinayətin sifarişli olması versiyasını əsas xətt kimi nəzərdən keçirirlər. İstintaqın ehtimalına görə, qanlı olayın arxasında Cənubi Amerikadan olan bir xəstənin əməliyyat masasında dünyasını dəyişməsi dayanır.
Həmin şəxsin qohumlarının intiqam almaq məqsədilə xüsusi killer tutduğu iddia olunur. Lakin öldürülən cərrahın yaxınları onun fəaliyyəti dövründə "bənzər şəraitdə pasiyent itirməsi" barədə iddiaları qətiyyətlə təkzib edirlər.
Hadisə ilə bağlı başqa bir qaranlıq məqam da diqqət çəkir.
Nəşrin yazdığına görə, Aslaninin rəhbərlik etdiyi klinikanın qadın pasiyentlərindən biri silahlı hücumdan vur-tut bir neçə saat əvvəl həkimə təhdid dolu mesajlar göndərib. Həmin qadın keçirdiyi prosedurun nəticəsindən kəskin narazılığını bildirərək, ödədiyi pulun təcili geri qaytarılmasını tələb edirmiş.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ