İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-ın Ər-Riyaddakı səfirliyini vurdu; Tramp cavab vəd etdi

İran ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinə iki dronla hücum edib.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, hücum gecə olduğuna görə səfirlikdə heç kim olmayıb.

Səudiyyə Ərəbistanı hakimiyyəti öz növbəsində ABŞ səfirliyinə endirilən zərbələri təsdiqləyib.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi X sosial media platformasında verdiyi açıqlamada bildirib: "İlkin qiymətləndirmələrə görə, Ər-Riyaddakı ABŞ səfirliyinə iki pilotsuz uçuş aparatı hücum edib və nəticədə məhdud yanğın baş verib, binaya kiçik ziyan dəyib".

Daha əvvəl bir neçə media orqanı Ər-Riyadın diplomatik məhəlləsində güclü partlayışların eşidildiyini və tüstü buludlarının göründüyünü bildirib.

Bazar və bazar ertəsi günləri İranın Küveytdəki Amerika səfirliyinə zərbə endirdiyi də bildirilib.

Amerika prezidenti Donald Tramp ABŞ-ın Ər-Riyaddakı səfirliyə edilən hücuma cavab verəcəyini deyib. Bu barədə NewsNation jurnalisti Kelli Meyer X hesabında məlumat verib: "Mən indicə Prezident Trampla danışdım və o dedi ki, Ər-Riyaddakı ABŞ səfirliyinə hücuma və Amerika qoşunlarının öldürülməsinə cavabın necə olacağını tezliklə biləcəksiniz .O, həmçinin mənə dedi ki, İrana qoşun göndərməyə ehtiyac yoxdur".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR