İnsanlara hürriyət, millətlərə istiqlal!

İran əsilli qadın ABŞ-də yüksək vəzifəyə təyin edildi- FOTO

İran əsilli amerikalı Mora Namdar ABŞ dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi təyin edilib.

Bu barədə “Iran International” məlumat yayıb.

Bildirilib ki, iranlı mühacirlərin qızı Namdar dekabrın əvvəllərinə qədər Dövlət Departamentinin Yaxın Şərq üzrə Bürosunda yüksəkvəzifəli məmur vəzifəsində çalışıb.

Bundan başqa, o, ABŞ lideri Donald Trampın ilk prezidentlik müddəti ərzində konsulluq məsələləri üzrə köməkçi katib vəzifəsini də icra edib./Qafqazinfo.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR