Onlayn ictimai-siyasi qəzet
İran silahlı qüvvələri cümə axşamı səhər Fars körfəzinin şimalında bir Amerika tankerini vurub.
Musavat.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən bildirib.
"Fars körfəzinin şimalında ABŞ tankerinə raket dəyib. Tanker bu səhər SEPAH dəniz piyadaları tərəfindən hücuma məruz qalıb və hazırda yanır", - deyə açıqlamada bildirilir.
SEPAH əvvəllər qeyd edib ki, beynəlxalq qanun və qaydalara uyğun olaraq, müharibə dövründə Hörmüz boğazından keçid üzərində nəzarət İran İslam Respublikasına həvalə olunacaq.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ