İnsanlara hürriyət, millətlərə istiqlal!

İran millisindən dünya çempionatı böhranı – vizalar “SEPAH maneəsinə” ilişdi

İran 2026-cı il dünya çempionatında iştirak üçün təhlükəsizlik zəmanəti və nümayəndə heyətinin üzvlərinə viza verilməsini tələb edib.

Musavat.com xəbər verir ki, AP News-un məlumatına görə, problem Kanadanın İran Futbol Federasiyasının prezidenti Mehdi Taca viza verməkdən imtina etməsindən sonra yaranıb. Rəsmi Ottava buna səbəb kimi onun SEPAH-da xidmət etməsini göstərib.

Məlumata əsasən, İran millisinin kapitanı Mehdi Taremi də analoji problemlə üzləşə bilər. Bildirilir ki, o da daha əvvəl SEPAH-da xidmət edib.

Tehran turnir zamanı İran nümayəndə heyətinin təhlükəsizliyinə təminat verilməsini, həmçinin ölkənin dövlət bayrağına və himninə hörmətlə yanaşılmasını tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR