Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian X sosial media hesabında paylaşdığı mesajda ABŞ administrasiyasının "güc siyasətini" tənqid edib.
Musavat.com xəbər verir ki, Pezeşkianın mesajında aşağıdakı ifadələr yer alıb:
"Əgər siyasət gücə endirilərsə, nəticə bu gün gördüyümüz dünyadır; xaos, zülm, ədalətsizlik və piratçılıq. Milli dəyərlərimizdə və dini dünyagörüşümüzdə qeyri-etik güc boşdur. Bu gün İran etik və məsuliyyətli gücü, düşmənləri isə ehtiyatsız və nəzarətsiz gücü təmsil edir."
ABŞ prezidenti Donald Tramp İran da daxil olmaqla müxtəlif ölkələrə qarşı hücumlarını və təzyiqlərini "güc vasitəsilə sülh" siyasəti kimi müəyyən edir.
Könül
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ