İnsanlara hürriyət, millətlərə istiqlal!

İran PUA-sı ABŞ aviadaşıyıcısının ətrafında UÇDU

ABŞ-nin “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi İsrail sahillərinə doğru hərəkət edir və bu gün Hayfa limanına çatacağı gözlənilir.

Musavat.com xəbər verir ki, məlumatı “Times of Israel” qəzeti yayıb.

Bildirilir ki, gəmi ABŞ hərbi dəniz bazasında təchizatı bərpa etdikdən sonra dünən Yunanıstanın Krit adasını tərk edib.

ABŞ Hərbi Dəniz Qüvvələri gəmidəki santexnika sistemindəki nasazlıqlar barədə yayılan məlumatları təkzib edib və bütün sistemlərin normal işlədiyini açıqlayıb.

Eyni zamanda, “Flightradar24” aviasiya xidmətinin məlumatına görə, İrana məxsus pilotsuz təyyarə (PUA) Ərəbistan dənizində ABŞ-nin digər təyyarədaşıyan gəmisi “USS Abraham Linkoln” yaxınlığında uçuş həyata keçirib.

Məlumatda qeyd olunur ki, PUA İranın cənub-şərqindən buraxılıb, Oman körfəzi sularından keçərək Ərəbistan dənizinə və Oman sahillərinin şərqindəki əraziyə yönəlib.

“Sentinel-2” peykindən əldə olunmuş son görüntülərə görə, “USS Abraham Linkoln” İran sahillərindən təxminən 780 km, Omanın Duqm şəhərindən isə təxminən 250 km cənub-şərqdə yerləşir.

Mərkəzi Komandanlıq daha əvvəl açıqlayıb ki, 3 fevralda ABŞ-ın “F-35C” qırıcı təyyarəsi Ərəbistan dənizində təyyarədaşıyan gəmiyə yaxınlaşan İrana məxsus “Şahed-139” PUA-sını məhv edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR