İnsanlara hürriyət, millətlərə istiqlal!

İran “qırmızı düyməni” basdı: ABŞ və İsraillə münaqişə rəsmən üçüncü mərhələdə

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi ölkəsinin ABŞ və İsraillə qarşıdurmada yeni və daha təhlükəli mərhələyə keçdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, İran rəsmisi artıq münaqişənin üçüncü fazasının başladığını açıq şəkildə etiraf edib.

Qaribabadinin sözlərinə görə, ilk mərhələ ötən ilin yayında İsraillə 12 gün davam edən müharibə olub. İkinci mərhələ isə dekabrın sonundan etibarən ölkə daxilində baş verən və genişmiqyaslı etirazlarla müşayiət olunan proseslər kimi xarakterizə edilib.

İran XİN başçısının müavini üçüncü mərhələnin konkret mahiyyəti ilə bağlı detalları açıqlamasa da, bu bəyanat regionda gərginliyin kəskin şəkildə artacağına dair ciddi siqnal kimi qiymətləndirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR