İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfirliyində bayrağı endirən şəxs həbs olundu

Londonda İran səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı bir neçə polis əməkdaşı xəsarət alıb, saxlanılanlar var.

Musavat.com Britaniya mətbuatına istinadən bildirir ki, bu barədə London şəhər polisi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, London şəhərində İranın səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı izdihamı dağıtmaq məqsədilə əlavə polis qüvvələri cəlb olunub.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə bəzi etirazçıların saxlanıldığı, digərlərinin isə xəsarət aldığı görünür. Saxlanılan şəxslərdən biri Kensinqtonda yerləşən səfirlik binasına qalxaraq İran bayrağını endirib.

Polis bu barədə X sosial şəbəkəsində paylaşımında bildirib:

“Bu axşam İran səfirliyində davam edən etiraz aksiyası zamanı bir nümayişçi qanunsuz şəkildə özəl əraziyə daxil olub, bir neçə balkon vasitəsilə səfirliyin damına çıxaraq bayrağı endirib.
O, hazırda cinayət xarakterli zərər vurma, diplomatik mülkiyyətə qanunsuz daxil olma və polis əməkdaşlarına hücum şübhəsi ilə saxlanılıb. Polis əməkdaşlarına müxtəlif əşyaların atılması da daxil olmaqla davam edən asayiş pozuntuları səbəbilə "Section 35" əmri tətbiq edilib. Bir neçə polis əməkdaşı xəsarət alıb”.

Daha sonra yayılan yenilənmiş məlumatda polis əlavə edib:
“Zorakı asayiş pozuntusunda şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
Əlavə iğtişaşların qarşısını almaq məqsədilə axşam saatlarında cəlb olunan əlavə polis qüvvələri də daxil olmaqla, ərazidə gücləndirilmiş polis mövcudluğu davam edir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR