Onlayn ictimai-siyasi qəzet
Diyetoloq Elizabet Klinqbeyl arterial təzyiqin aşağı salınmasına kömək edə biləcək ən yaxşı meyvələrdən birinin banan olduğunu bildirib.
Mütəxəssis bu barədə “Parade” nəşrinə danışıb.
Diyetoloqun sözlərinə görə, insanların böyük hissəsi orqanizmin damarların divarlarını rahatlaması üçün ehtiyac duyduğu kaliumu kifayət qədər qəbul etmir. Orta ölçülü bir bananın tərkibində təxminən 422 milliqram kalium var.
Klinqbeyl qeyd edib ki, sağlam qidalanma fonunda kalium arterial təzyiqin aşağı düşməsinə kömək edə bilər. Buna görə də banan istehlakının artırılması qısa müddətdə hipertoniya zamanı təzyiqin bir qədər yaxşılaşmasına səbəb ola bilər.
Bununla belə, mütəxəssislər qidalanmanın dərman müalicəsini əvəz etmədiyini vurğulayırlar. Həmçinin böyrək çatışmazlığı və bəzi digər xəstəlikləri olan şəxslər yüksək kalium tərkibli qidaları həkim məsləhəti olmadan çox qəbul etməməlidirlər. (Publika.az)
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ