İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! "Manşet.az" xəbər portalının ofisi yandı - VİDEO

"Manşet.az" xəbər portalının redaksiya ofisində güclü yanğın baş verib. Hadisə nəticəsində ofis tanınmaz hala düşüb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı saytın baş redaktoru Əli Vəliyev hadisə yerindən videobaşqı ilə açıqlama verərək baş verənləri diqqətə çatdırıb.

Baş redaktor bildirib ki, redaksiyanın yerləşdiyi obyektdə güclü yanğın qeydə alınıb:

"Əziz dostlar, hər vaxtınız xeyir olsun! Bu dəqiqələrdə bizim "Manset.az" xəbər portalının yerləşdiyi binada güclü yanğın baş verib. Yanğın redaksiyada baş verib və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hal-hazırda hadisə yerindədirlər. FHN-in müdaxiləsi ilə dərhal söndürülüb."

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğının fəsadlarının aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR