Onlayn ictimai-siyasi qəzet
Moskva Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Rusiya vətəndaşları ilə bağlı açıqlamalarını təxribat xarakterli adlandırıb.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyanın Ermənistanın cəbhəyə göndərilməkdən yayınmaq istəyən Rusiya vətəndaşlarının yeni dalğasını qəbul etməyə hazır olması barədə sözlərinə münasibət bildirib.
Zaxarovanın sözlərinə görə, Rusiyada mümkün yeni səfərbərliklə bağlı dəfələrlə təkzib edilmiş məlumatlar fonunda Ermənistan rəsmisinin belə bəyanat səsləndirməsi qəbuledilməzdir.
Rusiya XİN sözçüsü bildirib ki, bu cür açıqlamalar faktiki olaraq Rusiya vətəndaşlarını qanunazidd hərəkətlərə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə zəhərli siyasi çalar verir.
Zaxarova Simonyanın sözlərini Ermənistan rəhbərliyinin Qərbə və Kiyev rejiminə yarınmaq istəyinin növbəti göstəricisi kimi də qiymətləndirib.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ