Onlayn ictimai-siyasi qəzet
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf müsəlman ölkələri arasında təhlükəsizlik və regional əməkdaşlığın gücləndirilməsinə çağırıb.
Musavat.com xəbər verir ki, Qalibaf regionun təhlükəsizliyinin kənar güclərdən deyil, qonşu müsəlman dövlətlərinin qarşılıqlı əməkdaşlığından asılı olmalı olduğunu bildirib.
“Regiondan kənar güclərə arxalanan təhlükəsizlik kövrək və asılıdır. Müsəlman ölkələrinin iradəsinə və əməkdaşlığına əsaslanan təhlükəsizlik isə davamlı, ləyaqətli və uzunömürlü ola bilər”, – deyə İran parlamentinin sədri vurğulayıb.
Qalibafın sözlərinə görə, regionda formalaşan yeni razılaşmalar yeni dövrün başlanğıcından xəbər verir:
“Yeni regional razılaşmalar qonşu müsəlman ölkələrinin öz güclərinə arxalandığı, dağıdıcı rəqabət əvəzinə əməkdaşlıq və qardaşlığa üstünlük verdiyi yeni eranın başlanğıcıdır”.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ