İnsanlara hürriyət, millətlərə istiqlal!

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

Qərbi Zəngəzurda (Sünik) 18 dekabrda baş verən hadisə barədə yalnız bu gün məlumat yayılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məlumata əsasən, təxminən saat 02:15 radələrində iki nəfər döş qəfəsinin sınığı və sıyrıqları ilə Meğri Tibb Mərkəzinə gətirilib. “Aryan Tunel” QSC-nin işçiləri olan bu şəxslərin yıxılaraq xəsarət aldıqları məlum olub. Yaralananlar İran vətəndaşlarıdır: 23 yaşlı Sərmast Yadolan və 26 yaşlı Kərəmi Məsud.

Meğri icmasının polisi onu da müəyyən edib ki, onlar qeyd olunan xəsarətləri Şimal-Cənub magistralının bir hissəsi kimi “Səad Ariana Tuneli” QSC-nin Ermənistan bölməsi tərəfindən Meğridə inşa etdiyi tunelin möhkəmləndirilməsi işləri zamanı alıblar. İşçilər təxminən 2,5 m hündürlükdən yıxılaraq ağır xəsarət alıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR