Onlayn ictimai-siyasi qəzet
İran və Oman yaxın günlərdə Hörmüz boğazından razılaşdırılmış keçid dəhlizini elan edəcəklər.
Musavat.com xəbər verir ki, bu iddia ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai çıxış edib. İran dövlət mediasının məlumatına görə, Rezai dəhlizin Tehran tərəfindən idarə olunacağını deyib: "İran tərəfindən idarə olunan yeni beynəlxalq dəhliz Omandakı qardaşlarımızla razılaşdırılıb və yaxın günlərdə elan ediləcək".
O, həmçinin yaxın günlərdə Hörmüz boğazından kənarda yeni bir qadağa zonasının elan ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, Tehranın razılığı olmadan bu əraziyə daxil olan hər hansı bir gəmi sanksiya siyahısına daxil ediləcək.
Qeyd edək ki, İran rəsmilərinin iddialarına rəğmən Tehran Hörmüzə nəzarət imkanlarını itirməkdədir: ABŞ boğazı minalardan təmizləyib, neft tankerlərinin keçidini təmin edir. Bundan əlavə, Tehran artıq neçənci dəfədir Omanla boğaz üzrə razılaşma əldə etdiyini iddia edir, lakin Maskaddan hər hansı təsdiq mesajı verilmir. Bloomberg Omanın ABŞ-ın təzyiqi nəticəsində Hörmüzdən keçidə görə İranla hər hansı razılaşma imzalamaqdan imtina etdiyinə dair məlumat yayıb.
Musavat.com
07 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ